Bakıda da şöbələri olan Türkiyə şirkətindən iddialara CAVAB

Bakıda da şöbələri olan Türkiyə şirkətindən iddialara CAVAB

Şirkət borc iddialarına cavab verdi

Bakıda da şöbələri olan “Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu barədə iddialara münasibət bildirilib.

BakuCity.az "Marja"ya istinadən verdiyi məlumata görə, şirkətin İdarə heyətinin sədri Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın iddia edildiyi kimi 500 milyon dollar borcu yoxdur:

“Bütün banklara borcumuz bu iddia olunan rəqəmin üçdə biri belə deyil. İstifadə etdiyimiz kreditlərin 80%-i də özəl banklar vasitəsilə təmin edilib”.

O deyib ki, "Simit Sarayı"nın genişləndirilməsi üçün hazırda bir çox yerli və xarici fondlarla danışıqlar aparılır. Markanın dəyərinin artırılması planlaşdırılır.

A.Kavukcu "Ziraat Bankası"nın "Simit Sarayı"nı alacağı barədə məsələyə toxunmayıb.

Hazırda "Simit Sarayı"nın 25 ölkədə şöbəsi və 11 250 işçisi var. "Simit Sarayı" 2005-ci ildə dünyanın ilk simit fabrikini qurub.

Türkiyə mətbuatında çıxmış xəbərlərdə "Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu və "Ziraat Bankası" tərəfindən xilas ediləcəyi iddia edilmişdi. Şirkətin səhmlərinin 51%-nin də bankın nəzarətinə keçəcəyi qeyd edilmişdi.

Həmçinin Türkiyənin Rəqabət Təşkilatının saytında "Ziraat Bankası"nın "Simit Sarayı"nı alacağı barədə elan yerləşdirilmişdi. "Ziraat Finans Grubu"na bağlı "Ziraat Girişim Sermayesi Yatırım Ortaklığı" keçən həftə "Simit Sarayı"nın 51%-ni almaq üçün təşkilata müraciət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə mətbuata açıqlamasında “Ziraat Bankası” tərəfindən "Simit Sarayı"nın alınmasını tövsiyə etmədiyini bildirib. Dövlət başçısının bu açıqlamasından sonra Rəqabət Təşkilatının saytında dərc edilmiş elan silinib.

Bakıda da şöbələri olan Türkiyə şirkətindən iddialara CAVAB, fotoşəkil-1

BakuCity.az

Bakı Türkiyə şirkəti borc
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər