21 taksi duracağı təşkil olunub
Bakıda 100 metr uzunluğunda velosiped yolu çəklib.
Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qurum tərəfindən bu il ərzində 256 avtobus dayacaq pavilyonu təmir edilib, 21 taksi duracaq məntəqəsi təşkil olunub.
Görülən işlər nəticəsində 2019-cu ildə daha 675 metr səki “ideal səki” tələblərinə uyğunlaşdırılıb, 100 metr velosiped yolu pilot layihə olaraq inşa edilib.
Yol nişanlarına gəlincə, BNA dəmiryol keçidlərində 218 ədəd yol nişanı quraşdırılıb, 19 ədəd 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib.
BakuCity.az