Nizami Gəncəvinin heykəli: yubiley abidəsi, müharibədən əvvəlki layihə - FOTO

Nizami obrazı hələ müharibədən əvvəl işlənib

BakuCity.az “Bakının heykəlləri” rubrikası çərçivəsində dahi şair Nizami Gəncəvinin heykəltəraş, Azərbaycanın Xalq rəssamı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Fuad Əbdürrəhmanov tərəfindən Bakının Nizami meydanında, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində ucaldılan heykəlindən bəhs edib.

Mövzu ilə bağlı sənətşünasılıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda heykəltəraşlıq sənətinin müharibədən sonrakı inkişafı barədə danışarkən ilk növbədə böyük mütəfəkkir Nizami Gəncəvinin yubiley tədbirləri çərçivəsində F.Əbdürrəhmanov tərəfindən Bakı və Gəncədə ucaldılan abidələrini qeyd etmək lazımdır:

Fuad Əbdürrəhmanov

“Heykəltəraş Nizami obrazı üzərində hələ müharibədən əvvəl işləməyə başlayıb. 1939-cu ildə Azərbaycan hökuməti Nizaminin Bakıda qoyulacaq abidəsinin layihəsini hazırlamaq üçün müsabiqə elan edib. Abidə memarlar M.Hüseynov və V.İvanovun layhəsi əsasında yenidən qurulmuş Nizami muzeyinin qarşısındakı meydanda ucaldılmalı idi. Müsabiqə şərtlərində abidənin harada qoyulacağı göstərilib, onun seçilən yerlə ideya və kompozisiya əlaqəsi nəzərə alınıb. Heykəltəraşlar və memarlar qarşısında abidə ilə ansamblın əsas binası olan Nizami adına muzey və layihələşdirilmiş yaşıl bağça arasında qarşılıqlı əlaqə yaratmaq problemi dururdu. Müsabiqə layhəsinin bu cür bədii əsaslandırılması abidə üzərində daha dəqiq və düşünülmüş iş aparılmasını tələb edirdi”.

Sənətşünas deyir ki, həmin vaxt açıq müsabiqəyə 60-a yaxın abidə layihəsi təqdim edilmişdi. Layihələrin hər biri bir növ milli heykəltəraşların yaradıcılıq eskizləri idi. Amma həm münsiflər heyətinin, həm tamaşaçıların, həm də heykəltəraşların və memarların diqqətini F.Əbdürrəhmanovun yaratdığı abidə layihəsi cəlb edib:

Həmçinin oxu: Hüseyn Cavidin heykəli: Ana və İblis, qızılgüllərə sevgi - FOTO

“Həmin layihə şair obrazının mülayim, nüfuzedici şərhi ilə digərlərindən seçilib. Jüri Fuad Əbdürrəhmanov, Sadıq Dadaşov və Mikayıl Hüseynova abidənin layhəsi üzərində işi davam etdirməyi tapşırıb. Sonralar Nizamini doğma şəhəri Gəncədə ucaldılması üçün də şairin heykəlini hazırlamaq F.Əbdürrəhmanova həvalə edilib. Buna görə də heykəltəraş modelin Bakı üçün nəzərdə tutulan ilk variantı üzərində işi dayandırıb və Gəncədə abidəni yeni səpkidə işləmək fikrinə düşüb. 1945-ci il ərzində Fuad Əbdürrəhmanov abidənin yeni variantı üzərində işini davam etdirib və 1946-cı ilin əvvəlində tamamlayıb. Heykəltəraş Gəncə üçün yaradılan abidəyə yumşaq, lirik səciyyə verməyə çalışıb. Abidə şaquli kompozisiyada ucaldılıb.  Abidə kompozisiya həllinin aydınlığı, bədii quruluşun kamilliyi, nisbətlərin dəqiqliyi və hərəkətlərin ahəngdarlığı ilə seçilir. Heykəltəraş bu işinə görə 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb”.

Beləliklə, 1947-ci ildə Bakıda Nizami Gəncəvi abidəsinin özülü qoyulub və 1949-cu il mayın 1-də abidənin açılışı olub. Heykəltəraş öz yaradıcılıq niyyətini təcəssüm etdirərək abidənin qabaqcadan müsabiqə şərtlərində və tematik tapşırıqda göstərilən yerini nəzərə alıb. Detalları incə xətlərlə rəsm edilmiş 6 metr hündürlüyündə tunc heykəl qırmızı labradordan yonulub pardaxlanmış səkkizüzlü kürsülüyün üstündə qoyulub. Kürsünün aşağı kissəsində oyma naxışlar və tunc lövhələr vurulub. Lövhələrin birində ithaf sözləri həkk olunub, digərlərində isə Nizami əsərlərindən ayrı-ayrı səhnələr zərif relyeflərdə təsvir edilib.

Sənətşünas hesab edir ki, memarlar Nizami dövrü abidələrini yaxşı öyrənib, kürsülükdə Azərbaycan memarlıq ünsürlərindən bacarıqla istifadə ediblər. Ümumilikdə, Nizaminin heykəli şəhər mühitində ən dəyərli əsərlərdən biridir.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı heykəl Nizami
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Məktəbli qız yolda qəflətən “Mercedes”in qarşısına çıxıb Bakıda məktəbli qız ölümdən qayıdıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 16-da paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Həmçinin oxu: Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO Belə ki, məktəbli qız yolda hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına anidən çıxıb. Bu zaman avtomobilin sürücüsü əyləci basıb və məktəbli qəzadan...
Cəmiyyət
Video birmənalı qarşılanmayıb Bakıda həkim pasiyentinin doğuş anının videosunu paylaşıb. BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, tanınmış həkim-ginekoloq Aysel Paşayeva qadının uşaq dünyaya gətirməsini çəkərək "İnstagram" hesabında paylaşıb. Qeyd olunan video birmənalı qarşılanmayıb. Bəziləri bu paylaşımı qeyri-etik hərəkət hesab edib. BakuCity.az
Cəmiyyət
Bu gündən yeni avtobuslar işləyir Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən "İsuzu Novociti" markalı avtobuslar cəlb edilib. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Agentliyin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə...
Cəmiyyət
"Bizə “Virus!” deyə qışqıran uşaqlar da olacaq” Çin vətəndaşı Bakıda mənəvi təzyiqə məruz qaldığını iddia edir. Adının çəkilməsini istəməyən çinli qız BakuCity.az-ın redaksiyasına göndərdiyi məktubda kirayədə qaldığı mənzildə qonşuların təzyiqi ilə qarşılaşdığını yazıb. O, dostları ilə birgə Azərbaycana səyahət məqsədilə gəldiyini, lakin koronavirus səbəbindən iki həftədən çoxdur Azərbaycanda qaldığını bildirib. Azərbaycan xalqının çox mehriban olduğunu, l...
Siyasət
“Güc Birlikdədir” şüarı forumun məqsədini açıq göstərir 2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib. BakuCity.az xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırı...
Siyasət
"Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı" "Məzahir Pənahovun demokratlığı bizim dairənin başında çatladı". BakuCity.az xəbər verir ki, bunu deputatlığa namizəd Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Məlum səbəbdən digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb təhlil edirəm... Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı...
Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az