Dəstənin başçısı DİN-in sabiq əməkdaşı olub
Bakıda məşhur ekstrasensin iki oğlu ilə birlikdə evində xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı açıqlanıb.
BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisə Bakının Bayıl qəsəbəsində baş verib. Qonşular tanınmış ekstrasens Etibar Erkin və iki oğlunun əlibağlı, üzü aşağı şəkildə meyitlərini tapıblar.
Qeyd olunan qətlin təfərrüatı uzun müddət mətbuatdan və cəmiyyətdən gizli saxlanılıb. Daha sonra qətlin təfərrüatı üzə çıxıb. Məşhur ekstrasensin "Ceyşullah" dini qruplaşması tərəfindən qətlə yetirildiyi məlum olub.
Həmçinin oxu: Bakıda restoran sahibi rəqqasəni güllələdi: Samir Bağırov da orada olub - TƏFƏRRÜAT + VİDEO
Məqsəd heç də tamah olmayıb. Həbs edilən dini qruplaşmanın 14 üzvü açıqlama verib. Məlum olub ki, dəstənin başçısı Mübariz Əliyev Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olub. Onlar ekstasensi və oğullarını diziüstə, əli bağlı saxlayaraq "əmr"i oxuduqdan sonra öldürüblər.
Qətlin görüntüsü və təfərrüatı ilə bağlı Ceyhun Həmidovun müəllifi olduğu nadir kadrlar: