Bakıda XII siniflərdə 182 şagird təhsil alır

Bakıda XII siniflərdə 182 şagird təhsil alır

Şagirdlərin təlim-tərbiyəsi ilə 27 192 müəllim məşğuldur

Paytaxt məktəblərinin XII siniflərində 182 şagird təhsil alır.

Bu barədə BakuCity.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

İdarənin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və  7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur.

2019-2020-ci tədris ilində ümumi təhsil məktəblərinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

Bakıda XII siniflərdə 182 şagird təhsil alır, fotoşəkil-1

BakuCity.az

Bakı məktəb XII siniflər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər