Bakının mərkəzində böyük söküntü planı: “Gecəqondu”lar tarixə qovuşur

Bakının mərkəzində böyük söküntü planı: “Gecəqondu”lar tarixə qovuşur

Söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq

Hələ 2014-cü ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin dövründə "Papanin”, "Xutor” adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. Ovaxtkı başçı bildirmişdi ki, metro tikintisi ilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.

BakuCity.az xəbər verir ki, ərazi həm də yeni metro stansiyasının istifadəyə veriləcəyi ilə əlaqədar olaraq diqqət mərkəzindədir. Çünki "Bakı Metropoliteni” QSC "Papanin” adlanan ərazidə şərti adı "B3” olan (şərti adı "B3” olan və bənövşəyi xətdə yerləşən stansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir) stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.

Bəs yeni açılacaq stansiyanın ətrafındakı "gecəqondu” adlanan evlərin aqibəti necə olacaq?

Həmçinin oxu: Bakıda icra hakimiyyətlərinin mühüm səlahiyyətləri vaxtından əvvəl ləğv edildi - QƏRAR

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:

"Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla, söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq.

"Papanin” və "Xutor” ərazilərindəki söküntülər böyük layihələrdir. İşlər planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Ümumiyyətlə, qəzalı evlərin, binaların hamısı tədricən söküləcək”.

Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb. 

BakuCity.az

Bakı söküntü gecəqondu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər