Avtomobil zolaqlar üzrə hərəkət qaydasını pozur
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə günün qaranlıq vaxtında baş verib.
Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozur. Nəticədə digər avtomobilin yoluna çıxaraq ona yandan toxunur. Sürücü idarəetməni itirir və avtomobil sürüşərək təhlükəsizlik adacığına, sonra da körpünün başlanğıcına dəyir.
Həmçinin oxu: Bakıda 7 avtomobil bir-birinə çırpıldı - VİDEO
Hadisə nəticəsində sürücü xəsarət alır.
Bəzən zolaqlar üzrə hərəkət qaydalarını pozan sürücülər bunu kobud qayda pozuntusu hesab etmirlər, amma nəticələri belə ağır da olur.