Şəhər velosipedini necə seçmək olar?
Avropa ölkələrində insanların əksəriyyəti uzun illərdir ki, şəhərdə velosipedlə gəzməyi üstün tuturlar.
Bakıda isə daha çox avtomobilə üstünlük verirlər.Lakin son vaxtlar paytaxtımızda velosipedlərə maraq bir qədər artıb. Artıq şəhərdə ikitəkərli hərəkətvasitəsinin satıldığı bir neçə mağaza var, həvəskarlar və idmançılar üçün hər cür velotreklər var.
“Velolider” mağazasının meneceri Baxış Mənsimov BakuCity.az-a açıqlamasında ən populyar üç velosiped markasının adını çəkib – “Trek”, “Cube” və VILANO. Sadalanan markalara həm dünyada, həm də paytaxtımızda eyni dərəcədə tələbat var:
“Tayvanda hazırlanan “Merida” markası da var. Yaxşımarkadır, demək olar, peşəkarlar üçün nəzərdə tutulub. Amma bu brenddən mağazamızda yoxdur. Bununla belə,“Trek” velosipedlərini almağı məsləhət görərdim. Demək olar, bütün markaları təcrübədən keçirmişəm və əminəm ki, ən yaxşısıdır. Bu velosipedlər çox rahat, yumşaqdır və idarə etmək daha asandır".
Onun sözlərinə görə, bu ikitəkərlini alarkən ehtiyat hissələrinin orijinal olduğunu, eyni istehsalçıya məxsus olduğunu dəqiqləşdirmək lazımdır:
Həmçinin oxu: Bakıda 100 metr velosiped yolu çəkilib
“Velosipedi hansı məqsədlə aldığınızı da nəzərə almalısınız: meşədə, dağda, yoxsa şəhərdə sürəcəksiniz? İdman velosipedlərinin də öz xüsusiyyətləri var.
Hazırda Çin velosipedləri də yaxşıdır, kiçik gəzintilər üçün uyğundur. Ancaq Avropa markalarına üstünlük vermək daha yaxşıdır. Keyfiyyətli velosipedi orta hesabla 6-7 il istifadə etmək olar. Bu müddət bitdikdən sonra onun ehtiyat hissələrini dəyişmək kifayətdir. Paytaxtda hər zaman lazımi hissələrin tapıldığı velosiped dükanları var”.
Mağaza | VILANO | Trek | Cube | Merida |
Velolider | 400 AZN-dən | 800 AZN-dən | 1500 AZN-dən | --- |
2 TƏKƏR | --- | 780 AZN-dən | 1049 AZN-dən | --- |
Qeyd etmək lazımdır ki, bu gün velosiped bazarında çoxlu sayda brend təqdimolunur. Lakin bütün markaları Bakıda tapmaq mümkün deyil. Yuxarıda adıçəkilənistehsalçılardan başqa, paytaxtımızda “Salcano”, “Orbis”,“Kawasaki”, “Fuji” kimi markaları da tapa bilərsiniz. Bu brendlər, əsasən, paytaxtın onlayn mağazalarında satılır.
Mağaza | Marka | Qiymət |
Velobrend | Salcano | 600 AZN-dən |
Merida | 800 AZN-dən | |
Kron | 900 AZN-dən | |
Shop.az | Fuji | 550 AZN-dən |
Orbis | 335 AZN-dən | |
Kawaski | 425 AZN-dən |
Züleyxa İsmayılova
BakuCity.az