"Sədərək"ə fişəng və "partladan" daşıma planı baş tutmadı - VİDEO

"Sədərək"ə fişəng və "partladan" daşıma planı baş tutmadı - VİDEO

6260 ədəd fişəng və pirotexniki vasitə

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Ford Fusion" markalı, nəqliyyat vasitəsində istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin daşınmasına dair əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən BakuCity.az-a bildirilib ki, məlumat əsasında paytaxtın "Sədərək" ticarət mərkəzinin "Şirniyyat" adlanan hissəsində dayanmış "Ford Fusion" markalı nəqliyyat vasitəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilib.

Həmçinin oxu: Yeraltı dayanacaqda külli miqdarda "partladan" tapıldı - FOTO + VİDEO

Baxış zamanı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Sədərək"ə fişəng və "partladan" daşıma planı baş tutmadı - VİDEO, fotoşəkil-1 "Sədərək"ə fişəng və "partladan" daşıma planı baş tutmadı - VİDEO, fotoşəkil-2 "Sədərək"ə fişəng və "partladan" daşıma planı baş tutmadı - VİDEO, fotoşəkil-3

BakuCity.az

Bakı "Sədərək" fişəng
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər