Bakı-Sumqayıt yolunda avtobus qəzası: yaralılar var - FOTO

Bakı-Sumqayıt yolunda avtobus qəzası: yaralılar var - FOTO

Vəziyyətləri orta ağırdır

Bakı-Sumqayıt yolunda baş vermiş qəza zamanı 3 nəfər xəsarət alıb.

Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə barədə məlumat təcili tibbi yardıma saat 13:47-də daxil olub, təcili yardım briqadaları hadisə yerinə yollanıb.

Qəza nəticəsində xəsarət alan 3 qadın 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Həmçinin oxu: Bakıda təzə avtobus yük maşını ilə toqquşdu - VİDEO

Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir.

Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.

Qəzaya uğrayan 523 saylı sərnişin avtobusudur. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi, avtobusun yol kənarında maneəyə çırpıldığı bildirilir.

Bakı-Sumqayıt yolunda avtobus qəzası: yaralılar var - FOTO, fotoşəkil-1 Bakı-Sumqayıt yolunda avtobus qəzası: yaralılar var - FOTO, fotoşəkil-2 Bakı-Sumqayıt yolunda avtobus qəzası: yaralılar var - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı avtobus qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər