"Nəsimi" filmi yenilənmiş versiyada təqdim olunacaq

"Nəsimi" filmi yenilənmiş versiyada təqdim olunacaq

Film 1973-cü ildə çəkilib

“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq.

Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Dekabrın 20-si saat 19:00-da Nizami Kino Mərkəzində “Nəsimi ili”nin qeyd olunması tədbirləri çərçivəsində nazirliyin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında bərpa edilmiş, görkəmli Azərbaycan rejissoru Həsən Seyidbəylinin “Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin ili elan olundu.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutmuş Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği keçirilir.

Həmçinin kinematoqrafçılarımız Nəsimi yaradıcılığına biganə qalmayıb, 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyasında “Nəsimi” bədii filmini çəkib və tamaşaçılara təqdim ediblər. 

BakuCity.az

Bakı "Nəsimi" filmi yeni versiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər