Qeyri-ərzaq məhsulları da çox satılıb
2019-cu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,6 faiz artaraq 18 655,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən BakuCity.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 8531,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 10 124,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 28,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
BakuCity.az