Bakıda əməkhaqqı artıb

Bakıda əməkhaqqı artıb

Bakıda orta aylıq əməkhaqqı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 845,1 manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb.

Bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 21,2 faiz çoxdur, cari ilin sentyabr ayı ilə müqayisədə isə 97 faiz təşkil edib.

BakuCity.az

Bakı əməkhaqqı statistika
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər