Yenə texniki nasazlıq, yenə sıxlıq
Bu gün saat 7 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatarların birində texniki nasazlıq yaranıb.
BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, sərnişinlər boşaldılıb və həmin qatar depoya göndərilib, onun əvəzinə xəttə yeni qatar buraxılıb:
Həmçinin oxu: Bakı metrosunun ənənəvi problemi: 30 saniyəyə onlarla insan qatara necə minib-düşsün? - RƏSMİ CAVAB
"Nəticədə qırmızı xətt üzrə, yəni "İçərişəhər" metrostansiyası istiqamətində hərəkət edən qatarların intervalında 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub".
B.Məmmədov problemin qısa müddətdə aradan qaldırılacağını vurğulayıb.
BakuCity.az