Bakıda gənc taksi sürücüsü itkin düşüb

Bakıda gənc taksi sürücüsü itkin düşüb

3 gündür xəbər yoxdur

Bakıda 31 yaşlı taksi sürücüsü itkin düşüb.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 17-də paytaxtın Suraxanı rayon ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Hüseyn Bayramov yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, H.Bayramov evlidir, iki azyaşlı övladı var. 

BakuCity.az

Bakı taksi sürücü itkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər