Seçki günü "ASAN xidmət" mərkəzləri işləyəcək?

Seçki günü "ASAN xidmət" mərkəzləri işləyəcək?

Hazır sənədləri isə ala bilərsiniz

Dekabrın 23-də Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə BakuCity.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin tarixdə “ASAN xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.

BakuCity.az

Bakı ASAN xidmət qeyri-iş günü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər