Zakir Qaralovdan yeni təyinat
Mərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib.
BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, B.Yaqubov bunadək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorunun köməkçisi və Mərkəzi Seçki Komissiyasında məsləhətçi vəzifələrində də işləyib.
BakuCity.az