Bankların Yeni il kampaniyaları - HƏDİYYƏLƏR

Fürsətləri qaçırmayın

Yeni il bayramı ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstrərən 30 bankdan bir neçəsi sərfəli şərtlərlə kredit və digər bank xidmətləri təklif edir.

BakuCity.az FED.az-a istinadən Yeni il bayramı ilə əlaqədar kampaniya təklif edən bankları təqdim edir:

“AccessBank”

İstehlak krediti əldə etmək istəyən müştərilər üçün “AccessBank”dan ilin son fürsəti. 30 000 manatadək krediti 36 aya qədər, illik 16.5% faiz dərəcəsi ilə və 0% komissiya ilə əldə edə bilərsiniz. Fürsətlər bununla da bitmir. Belə ki, 15 000 manatadək krediti zaminsiz ala bilərsiniz.

“AFB Bank”

2AFB Bank”da sərfəli qış kampaniyası. Bank nağd pul kreditinin illik faiz dərəcəsini 2% endirib. Bundan başqa, kredit 0%-lik komissiya ilə təklif olunur. 20 min manatadək nağd krediti illik 16% əldə etmək mümkündür.

“AtaBank”

“AtaBank” “Yeni ilə iPhone ilə” kampaniyasını davam etdirir. Belə ki, bankın Yeni il kampaniyasında iPhone 11, Pro və Pro Max, İsma Bike, Uludağ, Şri-Lanka, Şarm əş-Şeyx və Dubayın 5 ulduzlu hotellərində istirahət etmək imkanı var. Bu hədiyyələrdən qazanmaq üçün 31 dekabra qədər banka əmanət yerləşdirmək lazımdır.

Azərbaycan Beynəlxalq Bankı

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Beynəlxalq Bankı xüsusi kampaniya təklif edir.

Yanvarın 15-dək davam edəcək kampaniya dövründə Azərbaycan Beynəlxalq Bankından “Tamkart” sifariş vermiş müştərilər kampaniya müddətində bu kartla ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% “cashback” qazanacaqlar. Üstəlik, 5 illik “Tamkart Classic” kartı kampaniya zamanı müştərilərə pulsuz, “Tamkart Gold”, “Tamkart Platinum” və “Tamkart Premium” kartları isə xidmət haqqında 50% endirimlə veriləcək.

“Azər Türk Bank”

Qış kampaniyasına start verən banklardan biri də “Azər Türk Bank”dır.

31 yanvar 2020-ci il tarixinə qədər zaminlə 25 000 manat, zaminsiz 15 000 manat nağd krediti 16%-dən əldə etmək ümükündür. 21 aydan 48 ayadək kreditin aylıq ödənişini təyin edilən vaxtda və məbləğdə ödəyin, hər ay hesabınıza 1.5% “cashback” qazanın.

“Bank of Baku”

“Bank of Baku” hər kəs - təqaüdçülər, dövlət və ya özəl şirkətlərdə çalışan şəxslər üçün rəsmi gəlirin 20 misli qədər, 30 min manatadək 48 aylıq kredit təklif edir.

Üstəlik, kredit alan şəxslər eyni zamanda “İndi al, 2020-də ödə!” kampaniyasından faydalanaraq, kredit üzrə əsas borc ödənişinə 2020-ci ildən başlayacaqlar.

“Bank Respublika”

“Bank Respublika” “İş adamları üçün faizləri dondurduq” şüarı ilə əla Yeni il kampaniyasına başlayıb. Belə ki, dekabrn 31-dək mikro kreditləri 11%-dən başlayan 0% komissiya ilə əldə etmək mümkündür.

“Bank VTB Azərbaycan”

Bank müştərilərinə planlarını gələn ilə saxlamamağı tövsiyyə edir. Bank 10%-lə 10 min manatadək nağd pul krediti təklif edir. Aşağı faiz dərəcəsi ilk üç ay müddətində - 25 noyabr 2019-cu ildən 25 fevral 2020-ci ilədək qüvvədədir.

“Expressbank”

Yeni il bayramı ilə əlaqədar olaraq bankın faizsiz taksit kartı olan “Smilecard” ilə istənilən yerdə ödəniş edib, xərclədiyiniz məbləği 6 (6% komissiya ilə) və ya 12 aya (12% komissiya ilə) ödəyə bilərsiniz. Alış-veriş zamanı xərclənən məbləğdən 30%-dək “cashback” geri qaytarılacaq. “Smilecard” ilə ödənişi nəinki faizsiz, tam komissiyasız etmək istəyənlər üçün də fürsət var.

“Unibank”

“Unibank” Yeni il hədiyyəsi olaraq bonusları hədiyyələrə çevirmək imkanı verir. Belə ki, bankın “Unibank mobile” tətbiqini yükləyərək bonuslar qazanmaq, daha sonra həmin bonusları hədiyyələrə çevirmək olar.

Bundan başqa, bank bir çox mağazalarla əməkdaşlığı çərçivəsində müştərilərinə 20% güzəşt əldə etməyə imkan yaradır.

BakuCity.az

Bakı Yeni il banklar kampaniyalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az