Bakıda ustan təmir sexinin qarşısındakı BMW-ni oğurladı

Bakıda ustan təmir sexinin qarşısındakı BMW-ni oğurladı

Usta avtomobillə birgə saxlanılıb

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 6-da Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı avtomobil oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər