Yeni il ərəfəsində Bakı metrosunda sürprizlə qarşılaşacağıq - YENİLƏNİB

Yeni il ərəfəsində Bakı metrosunda sürprizlə qarşılaşacağıq - YENİLƏNİB

Layihə hazırdır

“Bakı Metropoliteni”ndə Yeni il ərəfəsində stansiyaların adlarını səsləndirəcək sənətçilərin adları bəlli olub.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, Yeni il ərəfəsində sərnişinlər metrostansiyaların adlarını Bəhram Bağırzadə, Murad Dadaşov, Nərgiz Cəlilova, Dj Fateh, Oleg Əmirbəyov, Tural Əsədov, Miri Yusif, Aqil Quliyev səsləndirəcək.

Yeni il ərəfəsində Bakı metrosunda sürprizlə qarşılaşacağıq - YENİLƏNİB, fotoşəkil-1

13:54

Yeni il ərəfəsində Bakı Metropolitenində stansiyaların adlarını sənətçilər səsləndirəcək.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sözügedən layihə mövcud olsa da, səsləndirmə ilə bağlı konkret olaraq seçilən şəxslərin siyahısı hələ bəlli deyil:

“Yadınıza gəlirsə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “3 Alma”nın təşəbbüsü və “Bakı Metropoliteni”nin dəstəyi ilə 1-3 iyun tarixlərində metroda stansiyaların səsləndirilməsi uşaqlara həvalə olunmuşdu. Bu, kifayət qədər maraq cəlb etmişdi.

Yeni illə bağlı konsept layihə də hazırlanır. Bununla əlaqədar olaraq bir sıra sənət adamlarına müraciət edilib. Lakin seçilən şəxslərin siyahısı hələ bəlli deyil. Bu barədə məlumat veriləcək”.

BakuCity.az

Bakı Yeni il metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər