Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO

Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO

Həm də qanunsuz fəaliyyət göstərirmiş

Bakıda yararsız quş əti emalı sexi aşkar edilib.

BakuCity.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçiriblər.

Reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Həmçinin oxu: Bakıda siçanların məskən saldığı restoran BAĞLANDI

Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub.

Aşkarlanan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-1 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-2 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-3 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-4 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-5 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-6 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-7 Paytaxtda daha bir sexdə iyrənc mənzərə: Müəssisə bağlandı - FOTO, fotoşəkil-8

BakuCity.az

Paytaxtda daha bir sex bağlandı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər