Evində bu hərəkətləri edənlər 250 manat cərimələnəcək

Evində bu hərəkətləri edənlər 250 manat cərimələnəcək

Vəzifəli şəxslər isə 2500 manatadək cərimə ediləcək

Çox vaxt qonşular arasında münaqişə həddən artıq səs-küy yaranan zaman baş verir. Bu da gecə vaxı insanların rahatlığını pozur.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə tez-tez vətəndaşlar səs-küydən, musiqidən və qonşuların təmir işlərindən şikayət edirlər. Daha çox şikayət çoxmərtəbəli binalarda yaşayan vətəndaşlardan gəlir. Vətəndaşlar bu vəziyyətdə nə etməli və hara müraciət etməli olduğunu və qarşı tərəfi hansı cəzanın gözlədiyini bilmirlər.

Bəs hansı hallarda vətəndaşların hüquqları pozulur?

Bunlara aşağıdakılar daxildir: qışqırıq, fit çalmaq, musiqi alətləri ifa etmək, televizor və ya səsgücləndirici vasitələrin səsini artırmaq, təmir işləri və vətəndaşları narahat edəcək digər hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Maddə 521-də Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı qeyd olunur:

"Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir”.

Narahatedici hallarla üzləşdikdə ilk əvvəl həmin durumu səsyazma cihazına və ya telefonun kamerasına qeyd edin. Daxili İşlər Nazirliyinin "102 - Qaynar xətti”nə zəng edərək baş verənləri bildirmək lazımdır. Polis əməkdaşları dərhal hadisə yerinə gəlməli və qayda pozanlarla profilaktik görüş keçirməli, lazım olduqda protokol tərtib etməlidirlər.

BakuCity.az

Mənzil səs-küy cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər