Ssenari müsabiqəsinin nəticələri niyə açıqlanmır?

Ssenari müsabiqəsinin nəticələri niyə açıqlanmır?

Nəticələr 20-si açıqlanmalı idi

Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 1-dən elan olunmuş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinə layihələrin qəbulu noyabrın 25-də başa çatıb.

BakuCity.az xəbər verir ki, müsabiqənin əvvəlcədən elan olunmuş şərtlərində qaliblərin adlarının dekabrın 20-dək nazirliyin saytında və “Mədəniyyət” qəzetində açıqlanacağı bildirilib. Amma müsabiqəyə marağın həddindən artıq yüksək olması və təqdim olunan ssenarilərin çoxluğu səbəbindən nəticələrin açıqlanma müddətinin uzadılması zərurətini yaranıb.

Beləliklə, bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri 2020-ci il yanvarın 31-dək www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.

BakuCity.az

Animasiya ssenari müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər