BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO

BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO

Ağır yaralılar var

Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, Neftçilər prospektində nəqliyyat vasitəsinin təkərinin nasaz olması qəzaya səbəb olub.

1995-ci il təvəllüdlü Sərxanov Əli Əsədağa oğlu idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsini yol kənarında saxlamaq istəyərkən onun avtomobili "VAZ 2107" və "NAZ Lifan" markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən "BMW" "BakuBus" MMC-yə məxsus 6 saylı xətt marşutu üzrə Niyaməddin Məhəmmədovun idarə etdiyi "Iveco" markalı sərnişin avtobusuna dəyib.

Qəza nəticəsində "NAZ Lifan" və "VAZ 2107"-nin sürücüləri ağır xəsarət alıb. "VAZ 2107"-nin yanacaq çəni zədələndiyindən yola benzin dağılıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yolda sıxlıq yaranıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları yolda hərəkəti tənzimləyib.

Həmçinin oxu

"BMW"-nin sürücüsü Ə.Sərxanov bildirib ki, "NAZ Lifan" markalı avtomobilin təkəri nasaz olub, "VAZ 2107"-nin sürücüsü də avtomobili yolda saxlayaraq ona kömək edirmiş.

BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-1 BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-2 BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-3 BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-4 BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-5 BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-6 BMW-ni yol kənarında saxlamaq istədi, ağır qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-7

BakuCity.az

Bakı yol qəzası yaralılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər