Bağlı qapı arxasında qalıb
Bakıda evdən 73 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a bildiriblər ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Osmanov Fikrət Nuxuq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
BakuCity.az