Bakıdan rayonlara pulsuz getmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Bakıdan rayonlara pulsuz getmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

İşə və ya dərsə gedənlər də bu qrupdan yararlanır

Sosial şəbəkədə "Yolüstü" qrupu vasitəsilə vaxtı və yeri təyin edərək rayon və şəhərlərə pulsuz getmək mümkündür.

BakuCity.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, 5 ildir fəaliyyət göstərən qrupun hazırda 11 minə yaxın üzvü var. Sərnişin sadəcə gedəcəyi tarixi qeyd etməklə eyni istiqamətdə gedən digər sürücünün xidmətindən yararlanmaq imkanı əldə edir.

Sürücülərin bəziləri səfərləri könüllülük prinsipi ilə ödənişsiz həyata keçirir. Burada əsas məqsəd eyni istiqamətə gedən insanları əlaqələndirərək onların yol yoldaşı olmasını təmin etməkdir. Hər gün işə və ya dərsə gedən sərnişinlər də bu qrupdan yararlanır.

Hətta qonşu ölkələrə gedənlər də buradakı sürücülərin xidmətindən istifadə edə bilirlər. Bu səfərlərin bəziləri ödənişsiz, bəziləri isə adi taksilərlə müqayisədə 50 faiz ucuz olur.

BakuCity.az

Bakı yol avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər