Bakıda yeni tikilən binalarla bağlı XÜSUSİ TƏLƏB

Bakıda yeni tikilən binalarla bağlı XÜSUSİ TƏLƏB

Əgər ərazidə ağac əkməyə yer yoxdursa...

Yeni tikilən binaların ərazisinin 25 faizində mütləq yaşıllıq salınması tələbi qoyulur.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

İdarə rəisi bildirib ki, bu gün köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdir ediləndir. Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır:

"Bu tip layihələrə, tikinti altına düşən ağacların əvəzinə daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk. Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Deyək ki, 200 kvadratmetrlik ərazidə tikinti aparılacaq, biz həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə ictimai dinləmədən sonra müsbət rəy veririk".

Onun sözlərinə görə, əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir:

"Yəni həm köhnə binanın əvəzində əhali yeni, yaraşıqlı, rahat binalara köçür, həm də həyəti bağça ilə, yaşıllıqla təmin edilir".

BakuCity.az

Bakı yeni binalar tələb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər