Bakıda taksi xidmətlərinin ödəniş oyunu - Müştəriləri bu yolla aldadırlar

"Belə çıxır ki, müştəri kalkulyatorla ƏDV məbləğini hesablamalıdır?"

Bakıda fəaliyyət göstərən çoxsaylı taksi servisləri artır. Onlar rəqabət aparır, daha çox müştəri cəlb etmək üçün dempinqə əl atır, gediş tariflərini aşağı salırlar. Lakin bu zaman birmənalı olmayan hadisələr yaşanır. Həmin hadisələrdən biri də taksi xidmətinin onlayn applikasiyasından, yəni mobil telefonlar üçün nəzərdə tutulmuş əlavə proqramından istifadə edən vətəndaşın taksi sifariş verərkən marşruta görə hesablanmış məbləğlə yekun ödəniş arasındakı fərqdir.

BakuCity.az Milli.az-a istinadən xəbər verir ki, tanınmış vəkil Rövşən Əhmədovun dediyinə görə, dekabrın 19-da taksi xidmətindən istifadə edən vətəndaşa gediş xidmətinin haqqı 7 manat 3 qəpik təklif olunub. Müştəri taksi ilə mənzil başına çatandan, yəni xidmət icra olunandan sonra isə vətəndaşın bankdakı hesabından 8 manat 30 qəpik silinib:

"Vətəndaş bununla bağlı banka zəng vurub, aldığı cavab 196 Vergi Xidməti ilə əlaqə saxlamaqla bağlı məsləhət olub. Nə baş verir?! Əslində, xidmət əlavə dəyər vergisi (ƏDV) də daxil edilməklə vətəndaşa təklif olunmalıdır. Xidmət haqqı ilə ƏDV məbləği ayrı-ayrılıqda da göstərilə bilər, amma taksi şirkətləri bunu göstərmirlər. ƏDV-nin məbləğini müştəri yalnız yekun məbləğ xidmət icra olunduqdan sonra hesabdan çıxılanda bilir. Deməli, belə çıxır ki, vətəndaş sifariş verəndə ona hər hansı məbləğ göstəriləndə həmin şəxs kalkulyatorla ƏDV məbləğini hesablamalı və gediş haqqı ilə bağlı özü öncədən hesablamalar aparmalıdır. Yalnız bundan sonra xidmətdən istifadə ilə bağlı qərar verməlidir. Əks təqdirdə çox gec olacaq. Bir sözlə, iş, mal, xidmət alışı üzrə istehlakçıya təqdim olunan qiymət ƏDV daxil edilməklə təklif olunmalıdır.

Əks təqdirdə bu, istehlakçını aldatmaq, qanunvericiliyə zidd əməldir. Belə ki, bu yolla bağlanmış əqd bağlandığı andan etibarsızdır, çünki yanılma və ya aldatma yolu ilə bağlanan əqd hesab olunur. Səbəb - əqd bağlanarkən ilkin oferta ilə çıxış edən tərəf, yəni taksi şirkətinin təklif etdiyi tarifdən artıq ödəniş almasıdır.

Halbuki müştəri ilə müqavilə bağlanarkən oferta zamanı təklif olunan qiymət daha aşağı idi. ƏDV daxil və ya xaric olması, hətta oferta anı belə qeyd olunmur. Müştəri isə bunu görmür, ofertanı qəbul edir. Deməli, müştəri məqsədli şəkildə, aşağı qiymət təklifi ilə aldadılır. Bu isə müqavilənin əsassız sayılması üçün əsasdır. Məbləğ kiçik olduğu üçün bu tip məsələlər böyük ictimai rezonans doğurmur. Lakin bu xidmətlərdən hər gün minlərlə insanın istifadə etdiyini nəzərə alsaq, problemin nə qədər aktual olduğu göz önündədir".

BakuCity.az

Bakı taksi xidməti ödəniş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az
Biznes
AQTA normadan artıq şəkər istehlakının təhlükələri barədə xəbərdarlıq edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri barədə maarifləndirici məlumat hazırlayıb.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir.  Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımd...
Cəmiyyət
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb. BDYPİ-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Qu...
Cəmiyyət
Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.  BakuCity.az  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyib.  Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağl...
Biznes
Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb 2020-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhs...
Biznes
Paytaxtın sənaye istehsalında qeyri-dövlət sektorunun payı 81% olub Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,4 mlrd. manat təşkil edib. BakuCity.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,1%-i mədənçıxarma, 16,3%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıları...
Cəmiyyət
“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.  Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu he...