Xalq artisti Emin Ağalarovun Bakıda möhtəşəm konserti - FOTO

Xalq artisti Emin Ağalarovun Bakıda möhtəşəm konserti - FOTO

Əfsanəvi Müslüm Maqomayevin “Mavi əbədilik” kompozisiyası da səsləndirildi

Dekabrın 20-də Azərbaycanın Xalq artisti, məşhur müğənni və bəstəkar Emin Ağalarov (EMIN) Bakı tamaşaçısı üçün “GOOD LOVE 2019” adlı yeni proqramını təqdim edib.

BakuCity.az-ın məlumatına görə, bu il E.Ağalarovun doğma Bakıda ənənəvi konserti yubileyi ilə birgə qeyd olunub, buna görə də onu təbrik etməyə çox sayda pərəstişkar, qohum və dostları gəlmişdi.

Bundan əlavə, həmin axşam Bakı dinləyicilərinə yeni "Девочка моя" albomu təqdim edildi. Bu dəfə məşhur müğənni aranjimanları fərqli tərzdə sınamaq və həqiqətən də yenilik etmək qərarına gəldi. 

Konsertdə Maksim Fadeyev tərəfindən xüsusi olaraq Emin üçün bəstələnən “Я лучше всех живу”, “Still”, “Нежная”, “Amor”, “Девочка моя”, “Ялтинский вечер”, “Сердце пополам”, “Первый снег” kimi mahnılar səsləndirildi.

Hər bir mahnı gurultulu alqışlarla qarşılandı. Bu da təəccüblü deyil, çünki E.Ağalarovun kompozisiyaları səmimiliyi, romantik mövzuları və melodikliyi ilə seçilir 

Sonra Xalq artisti royal arxasına keçərək Kris Ayzekin məşhur “Wicked game” mahnısını ifa edib.

Bu sirli gecədə, əlbəttə ki, əfsanəvi Müslüm Maqomayevin “Mavi əbədilik” (“Синяя вечность”) kompozisiyası səsləndirildi və tamaşaçılar bu gözlənilən çıxışı ayaqüstə alqışladılar.

Beləliklə, Emin Ağalarov həmişə kimi pərəstişkarlarını orkestrin müşayiəti altında canlı ifası ilə sevindirdi.

İnformasiya dəstəyi - BakuCity.az

Züleyxa İsmayılova

BakuCity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər