Cənub küləyi əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 22-də müşahidə olunacaq hava proqnozunu açıqlayıb.
Departamentdən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80% olacaq.
BakuCity.az