Bakıda 2 nəfər avtomobildə güllələndi - FOTO

Bakıda 2 nəfər avtomobildə güllələndi - FOTO

Yaralılardan birinin vəziyyəti ağırdır

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində naməlum şəxs tərəfindən tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib. O, diz nahiyəsindən xəsarət alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

BakuCity.az

Bakı avtomobil güllələnmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər