Bakı-Sumqayıt yolunda köçürülmə işləri başladı: Çıxarılan ağaclar isə... - VİDEO

Bakı-Sumqayıt yolunda köçürülmə işləri başladı: Çıxarılan ağaclar isə... - VİDEO

Çıxarılan ağaclar isə...

Bakı-Sumqayıt yolunda köçürülmə işlərinə start verilib.

BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri çərçivəsində yaşıllığın məhv edilməməsinə xüsusi diqqət yetirilir.

Ərazidə köçürmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti ilə həyata keçirlir. Ümumilikdə ərazidən 300-dən çox ağac və 200-dən çox kol köçürüləcək. Çıxarılan ağaclar Bakı-Sumqayıt yolunun kənarındakı Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinə məxsus başqa bir yaşıllıq zolağında yenidən əkiləcək və onların özünü tutması üçün aqrotexniki qulluq göstəriləcək.

Eyni zamanda, ərazidə yolun genişləndirilməsi plana uyğun davam etdirilir və işlər hərəkətə mane olmayacaq şəkildə aparılır.

Genişləndirmə işləri çərçivəsində Xırdalan dairəsinin altındakı tuneldə zolaqların sayının 4-dən 8-ə çatdırılması və əlavə köməkçi zolaqların salınması nəzərdə tutulur.

BakuCity.az

Bakı-Sumqayıt yolu köçürülmə ağaclar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər