İkimərtəbəli evdə güclü yanğın olub
Bakının Sabunçu rayonu Maştağa qəsəbəsindəvilla yanıb.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, ümumi sahəsi 340 m² olan ikimərtəbəli mansarda tipli 8 otaqlı evin mansardasının yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.