Hadisədən sonra yolda sıxlıq yaranıb
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib.
“Chevrolet” markalı avtomobilin sürücüsü Azadlıq prospekti ilə hərəkətdə olan zaman idarəetməni itirərək İlkin Vəliyevə məxsus "10-VL-500" dövlət nömrə nişanlı "BMW" markalı avtomobilə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi "90-NC-660" dövləy qeydiyyatlı "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə "Chevrolet"də olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həmçinin oxu: Bakıda yük maşını "Opel"i yoldan kənara atdı - MARAQLI VİDEO
Hadisədən sonra yolda sıxlıq yaranıb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.
Faktla bağlı araşdırma aparılır.