Gecədə yerli cazmenlər çıxış edəcək
14 yanvar 2020-ci il tarixində Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək.
BakuCity.az xəbər verir ki, gecədə Respublikanın Əməkdar artisti Şəhriyar İmanov, Əməkdar artist Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə "Shur Trio" kollektivi, Coffee Band, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə və Ləman Abbaszadə iştirak edəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət" mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
BakuCity.az