Bakının antikafeləri: vaxtdan başqa hər şey limitsiz və havayı - QİYMƏT + TƏKLİFLƏR

Burada yalnız vaxta görə ödəniş edirsiniz

Gənclərin sevimli istirahət guşəsi olan antikafelərdə nəsə sifariş etmək lazım deyil. Burada vaxta görə simvolik bir ödəniş edirsən və istədiyin qədər divanda oturub, peçenye ilə çay içə, oyunlar oynaya bilirsən. Antikafedə menyu olmur, çay, kofe, kola, şirniyyatlar limitsiz və pulsuz verilir. siz burada yalnız zamana görə ödəniş edirsiniz.

BakuCity.az Bakıda fəaliyyət göstərən 5 antikafenin müştərilərinə təklif etdiyi xidmət və qiymətləri öyrənib.

“Tik Talk”

“Tik Talk” paytaxtda ilk və populyar antikafelərdən biridir. Burada müxtəlif janrlarda, həm uşaqları sevindirəcək, həm də böyüklərdə maraq doğuracaq, iki nəfərlik, eləcə də kollektiv üçün 200-dən artıq stolüstü oyun mövcuddur. Bilmədiyiniz oyunları məkanın əməkdaşlarından öyrənə bilərsiniz. Burada, həmçinin müasir və klassik ədəbiyyatı özündə cəmləşdirən böyük kitabxana, müxtəlif çaylar və şirniyyatlar pulsuz və limitsiz (yalnız vaxta görə ödəniş) təklif olunur.

Antikafedə bir çox maraqlı tədbirlər keçirilir: oyun turnirləri, danışıq klubları, tamaşalar, musiqi axşamları və s. Bu tədbirlərin iştirakçısı olmaq üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

Məkanda dekabrın 30-dan 31-ə keçən gecə Yeni il şənliyinə təşkil olunacaq. Gecədə İşveç masası (evdə hazırlanmış salatlar, qəlyanaltılar, desertlər), Qlintveyn, limitsiz sərinləşdirici içkilər, çay və qəhvə, əyləncəli müsabiqələr və hədiyyələr, stolüstü oyunlar, limitsiz şirniyyatlar, musiqi və rəqs olacaq. Bütün bunlar isə 40 AZN təşkil edir.

Adi günlərin qiymətlərinə gəlincə, burada gün ərzində bir nəfər üçün ən çox 12 manat ödənilir.

Qiymət cədvəli:

Zona

Qiymət

Uşaq tarifləri

Qiymət

İlk 1 saat (1 nəfər)

Növbəti 10 dəq

4 AZN

0,40 AZN

6 yaş

Pulsuz

7-12 yaş

50% endirim

13-17 yaş

25% endirim

Ünvan: Nizami küçəsi, 48

“Second Home Baku”

Antikafe ikimərtəbəli, ev ab-havasına malik məkandır. Burada çoxsaylı maraqlı stolüstü oyunlar və “PlayStation 3” oynamaq olar ki, bunlardan da ödənişsiz istifadə edəcəksiniz. Məkanda dostlarınız, yaxınlarınızla səmərəli vaxt, ad günü və müxtəlif tədbirlər keçirmək imkanı var. Buraya özünüzlə tort və “fast food” da gətirə bilərsiniz.

Məkanın bütün otaqlarında qiymət eynidir.

Qiymət cədvəli:

Bütün otaqlar

Qiymət

İlk 1 saat (1 nəfər)

Digər saatlara görə

4 AZN

+2 AZN-dən

Ünvan: Məhəmmədəmin Rəsulzadə, 6

Həmçinin oxu: Bakının karaoke məkanları: 1000 manat ödə, istədiyin qədər oxu - SİYAHI + QİYMƏTLƏR

"Apartment 9"

Bu antikafenin ümumilikdə 6 zonası (otağı) var – Ümumi zal, “Co-working” (Sakit zona), Kinoteatr, Oyun otağı, Siqaret otağı, Mətbəx-bar.

Ümumi zalda ad günlərini qeyd edə, stolüstü oyunlar oynaya, dostlarla çay və qəhvə içə bilərsiniz. Otaqda 30-dan çox oyunu olan “PlayStation 3 də var.

“Co-working”də iş planlaşdırmaları apara, yarımçıq işinizi tamamlaya və ya kitab oxuya bilərsiniz.

10-15 nəfərlik tutumu olan kinoteatrda rezervasiya pulsuzdur.

Oyun otağında müxtəlif stolüstü oyunlarla yanaşı, ad günlərini qeyd edə, TV izləyə, gitara çala, istənilən mövzuları müzakirə edə bilərsiniz.

İstəkdən asılı olaraq Siqaret otağını da bron etmək mümkündür. Belə olduğu halda müştəri 10 nəfər üçün ödəniş, yəni 20 manat ödəməlidir.

Mətbəx-barda isə pulsuz çay, qəhvə içə, müxtəlif şirniyyatlardan ləzzət ala bilərsiniz.

Qiymət cədvəli:

Zona

Qiymət

Ümumi zal, “Co-working” və Siqaret otağı

İlk 1 saat 4 AZN, 2-ci saat +4 AZN və növbəti saatlar üçün 2 AZN (hər saat üçün)

Oyun otağı və kinoteatr

İlk 1 saat – 10 nəfər üçün 15 AZN, 2-ci saat +15 AZN və növbəti saatlar – hər saatı 8 AZN. 10 nəfərdən artıq adam olarsa, hər bir nəfər üçün +2 AZN

Siqaret otağı

1 saat 20 AZN, 10 nəfərdən artıq, hər gələn qonaq üçün +2 AZN

Ünvan: Afiyəddin Cəlilov, 26

“Concept Anti Cafe”

Məkanın paytaxtda iki filialı – “Concept Anti Cafe Vintage” və “Concept Anti Cafe Bohem” fəaliyyət göstərir.

Yeni il şənliklərini dostları ilə antikafe şəraitində keçirmək istəyənlər üçün bu məkanlar limitsiz çay və kofe, 6-10 növ şirniyyat, 40 növ stolüstü oyun, “PlayStation 3”, “PlayStation 4”, Karaoke və Kino otağı, həmçinin kənardan yemək və içki gətirmək imkanı təklif edir.

“Concept Anti Cafe”də antikafe üçün tələb olunan hər şey – “wi-fi”, çoxlu sayda stolüstü oyunlar, projektor və hətta video konsollar mövcuddur. Burada hətta aylıq üzvlük də əldə etmək olur.

Hər iki filialın Ümumi zalında təşkil olunan “Saatı 2 manat” kampaniyasından qışboyu yararlana biləcəksiniz. Buraya çay, kofe və şirniyyatlar daxil deyil, yalnız stolüstü oyunlar oynamaq imkanınız var.

Məkan müştərilərinə ödənişli şərtlərlə hər növ pizza və əlavə yeməklər də təklif edir. Pizzaların qiyməti 8.90 - 25 manat arasında dəyişir.

Məkanların qiymət cədvəli:

Zona

Qiymət (standart)

Ümumi zal

İlk 1 saatı 5 AZN, 2-ci saatı +4 AZN, 3-cü saatı +3 AZN, 4-cü saatı +2 AZN, 5-ci saatı isə +1 AZN

Qiymətə daxildir: çay, kofe, şirniyyat, mürəbbə və stolüstü oyunlar


PS3,
Karaoke və Kino otağı

İlk 1 saat 2 nəfər üçün 15 AZN, sonrakı saatlar 10 AZN

İlk 1 saat 3-5 nəfər üçün 20 AZN, sonrakı saatlar 15 AZN

İlk 1 saat 6-10 nəfər üçün 25 AZN, sonrakı saatlar 20 AZN

PS4 və karaoke

2 nəfər üçün 1 saatı 15 AZN

3-5 nəfər üçün 1 saatı 20 AZN

6-10 nəfər üçün 1 saatı 25 AZN

Ünvan: Qoqol küç, 28; Dilarə Əliyeva, 212

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı antikafe təkliflər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az