ABŞ-a köçdüyü deyilən Zeynəb Xanlarova Bakıda: "Mən 5-6 insan üçün yaşamıram" - VİDEO

ABŞ-a köçdüyü deyilən Zeynəb Xanlarova Bakıda: "Mən 5-6 insan üçün yaşamıram" - VİDEO

Gənclər soyadlarını Xanlarov qoyublar

Xalq artisti Zeynəb Xanlarovanın Bakıda yeni görüntüsü yayılıb.

BakuCity.az xəbər verir ki, görüntünü Əməkdar artist Rəşad İlyasov paylaşıb.

AzTV-də Yeni il çəkilişinə gələn Z.Xanlarova burada iki gənc pərəstişkarı ilə görüşüb. Gənclər Xalq artistinə sevgilərindən dolayı soyadlarını dəyişərək Xanlarova ediblər.

Müğənni isə məhz bu sevgi üçün yaşadığını bildirib:

“Mən bu sevgi üçün yaşayıram. Beş-altı insan üçün yaşamıram".

Qeyd edək ki, Z.Xanlarova ilə bağlı son günlər bir sıra xəbərlər yayılıb. Onun ABŞ-a köçdüyü, orada xeyriyyə fondu yaratdığı da bildirilir.

BakuCity.az

Bakı Zeynəb Xanlarova
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər