Samaradan Bakıya daha bir aviareys açılır

Samaradan Bakıya daha bir aviareys açılır

Uçuş müddəti 1 saat 50 dəqiqə olacaq

2020-ci il yanvarın 15-dən etibarən Rusiyanın Samara şəhərindən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara start veriləcək.

BakuCity.az-ın məlumatına görə, bu barədə "APA-Economics" sözügedən şəhərin Kurumoç beynəlxalq hava limanına istinadən xəbər verir.

Həmçinin oxu: Rusiyanın 9 şəhərindən Bakıya birbaşa aviareyslər açılacaq

Aeroportun məlumatına görə, "IrAero" aviaşirkəti tərəfindən həyata keçirəcək aviareysin uçuş müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

Uçuşlar həftədə bir dəfə – çərşənbə günü "Sukhoi Superjet 100" təyyarəsi ilə yerinə yetiriləcək.

BakuCity.az

Bakı Samara aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər