Bayram ərəfəsində dərslər nə vaxt keçiriləcək? - Təhsil naziri açıqladı

Bayram ərəfəsində dərslər nə vaxt keçiriləcək? - Təhsil naziri açıqladı

Nazirlər Kabinetinin qərarı əsas götürüləcək

Təhsil naziri Ceyhun Bayramov bayram ərəfəsində məktəblərdə dərslərin nə vaxt keçiriləcəyini açıqlayıb.

BakuCity.az xəbər verir ki, C.Bayramov jurnalistlərə açıqlamasında məktəblərdə tədrisin Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təşkil olunacağını deyib:

“Bildiyiniz kimi, bayramla əlaqədar istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-dək ölkədə qeyri-iş günləri olacaq. Ümumtəhsil müəssisələrində tədris də Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci il yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanıblar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq. 

BakuCity.az

Ceyhun Bayramov dərslər bayram
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər