Bakıda gözəlləşməyin daha bir üsulu: kimyəvi pilinq - İnnovasiyalar + QİYMƏTLƏR

Kimyəvi pilinq üzrə mütəxəssisin məsləhətləri

Hər bir qadın dərisinin həmişə sağlam və parlaq olmasına çalışır. Kosmetologiya isə o qədər sürətlə inkişaf edir ki, bu gün hər kəs zövqünə və büdcəsinə uyğun prosedur seçə bilər.

İnnovasiyalı pilinq

“Lazer Beauty Centre” estetik mərkəzin kosmetoloqu Adilə Makatova BakuCity.az-a açıqlamasında kimyəvi pilinqin daha da effektiv və təhlükəsiz olmasına əsas verən yeniliklər barədə ətraflı danışıb.

Mütəxəssis deyir ki, bu gün səthi, orta və dərin pilinq etmək mümkündür:

“Şəhərimizdə kosmetoloqlar çox vaxt səthi, nadir hallarda orta üsulu tətbiq edirlər. Onlardan ən yüngülü səthidir. Onu qlükolik, südlü, badam və ya digər kombinə edilmiş turşularla edirlər. Orta pilinqdə isə biorepil (BioRePeelCl3) və PRX-T33 istifadə olunur”.

PRX-T33 yerli mütəxəssislər tərəfindən bir ildən çoxdur istifadə olunur və tərkibində üç növ turşu var. Biorepil isə kosmetik bazarda nisbətən yaxınlarda ortaya çıxıb. BioRePeelCl3 özündə altı turşu ehtiva edir, buna görə daha geniş imkanlara malikdir. A.Makatovanın qeyd etdiyi kimi, onlar dərinin vəziyyətinə, xəstənin yaşına uyğun olaraq fərdi seçilir:

Kosmetoloqun sözlərinə görə, biorepil yalnız bir seansda dərhal qalıcı effekt verən iki fazalı pilinqir:

“Piqmentasiya dərhal yox olur, dərinin tonusu yüksəlir. Bunun səbəbi prosedurun əsasının aşındırma olması, dərinin biosintezinin artmasıdır. Başqa sözlə, bu prosedur canlandırıcı, biostimulyasiya edən və aşındırıcı təsirləri birləşdirir”.

Mütəxəssis bildirib ki, PRX-T33 dərinin cavanlaşmasının inqilabi üsulu hesab olunur. Bu məhsul dərinin bərpasını stimullaşdıran dermisin daha dərin qatlarına nüfuz etməyə qadirdir:

“Bu prosedur, ümumiyyətlə, epidermisə zərər vermir. Kimyəvi pilinq üçün xarakterik olan şiddətli qızartı və dərinin soyulması da olmur. Bu üsul sızanaqları, yara izlərini, sızanaqlardan sonra yaranan ləkələri, yaşla əlaqədar piqmentasiyanı aradan qaldırır.

Həmçinin oxu: Hansı lazer proseduru daha təhlükəsizdir? - Xanımların seçimi və QİYMƏTLƏR

15 yaşından etibarən istifadə edilə biləcək qədər təhlükəsizdir. Bundan əlavə, prosedur ilin istənilən vaxtında məqbuldur, əvvəlki kimi ilin soyuq dövrünü gözləmək lazım deyil”.

Əks göstəricilər

A.Makatova vurğulayır ki, bu pilinqlərin dəriyə kifayət qədər dərin təsiri olsa da, ona zərər vermir və arzuolunmaz nəticələr olmur. Buna görə də yeni vasitələr digər üsulları bir qədər arxa plana keçirib.

Kosmetoloq nadir hallarda müşahidə olunan soyulma komponentlərindən hər hansı birinə qarşı dözümsüz olan insanlar üçün turşuların uyğun olmaya biləcəyini deyir:

“Təbii ki, hamiləlik dövründə, laktasiya dövründə bu proseduru etməməlisiniz. Diabetli insanlar isə bu prosedurlardan olduqca sakit şəkildə keçə bilərlər, çünki dəri zədələnmir.

Sarı pilinq isə başqa cürdür, olduqca aqressivdir. Bundan sonra müəyyən bir müddətdə dərinin bərpası lazımdır. Ondan dərini tamamilə yeniləmək üçün və ya dərilərdə istifadə olunur. Əlbəttə ki, innovasiyalı pilinqlər bahadır, ən azı, 4 prosedur etmək lazımdır. Buna baxmayaraq pasiyentlər prosedurdan sonra cəmiyyət arasına rahat çıxmaq üçün innovasiyalı pilinqlərə üstünlük verirlər”.

Prosedurların sayı və reabilitasiya

Tam nəticə əldə etmək üçün pilinq kursu altı ayda bir dəfə təkrarlanmalıdır. Müalicə kursu dərinin vəziyyətindən asılı olaraq 4-6 prosedurdan ibarətdir. Mütəxəssisin fikrincə, bu, kollagen və elastin liflərinin daimi stimullaşdırılması üçün lazımdır. Daimi pilinqlər biorevitalizasiyanı əvəz edir:

“Prosedurdan sonra evdə hər hansı pilinq əlavələr etməklə, turşusu olan məhsullarla yuyaraq dəriyə xəsarət yetirmək olmaz. Prosedur zamanı mütəxəssis nəmləndirici krem təyin edir. Bundan əlavə, ilin mövsümündən asılı olmayaraq dəriyə Günəş şüalarından qoruyucu məhsullar tətbiq etmək həmişə vacibdir”.

Bakıdakı estetik mərkəzlərdə qiymətlər:

Estetik mərkəz / Salon

Sarı peeling

BioRePeelCl3

PRX-T33

Lazer Beauty Centre

60 AZN (1 seans)

100 AZN (seans)

100 AZN (1 seans)

Aybuke

50 AZN (1 seans)

60 AZN (1 seans)

70 AZN (1 seans)

ButaEstetikMərkəzi

50 AZN (1 seans)

60 AZN (1 seans)

100 AZN (1 seans)

Epilife

60 AZN (1 seans)

60 AZN (1 seans)

---

The Science of Beauty

90 AZN (1 seans)

90 AZN (1 seans

90 AZN (1 seans)

Beauttech

60 AZN (1 seans)

150 AZN (1 seans)

133 AZN (1 seans)

Züleyxaİsmaylova

BakuCity.az

Bakı estetik salon pilinq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər". “Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”. BakuCity.az xəbər verir ki, baku ölkənin baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun...
Biznes
Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. "Pul qazananlar" indi də virusdan istifadə edib, dərmanların qara bazar biznesindən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. “Parasetamol”, vitamin, steroid və digər dərmanların olmam...
Cəmiyyət
Çində yeni xəstəlik yayılıb. Ötən ilin sonlarından başlayan koronavirus pandemiyası başa çatmamış Çindən yeni xəstəlik yayılması qorxusu dünyanı bürüyüb. BakuCity.az "BakuPost"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı da Çində müşahidə edilən və 24 saat ərzində insanı öldürən c haqqında açıqlama verib. ÜST hələlik yoluxma faktını nəzərə aldıqda xəstəliyin nəzarət altında olduğunu bildirib. Qeyd edək ki, adətən gəmiricilərdə yaşayan bir bakter...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Ramazanov Taleh Natiq oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Dünyada COVID-19-a yoluxma halları 12 007 327 təşkil edir. BakuCity.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti bildirib. Universitetin məlumatına görə, dünyada koronavirusdan 548 799 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb. Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm A...
Siyasət
Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat edib. Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlar...
İdman
Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar. BakuCity.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olublar. PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər. Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanar...
Cəmiyyət
Bakının “kimsəsiz” çimərlikləri fotoşəkillərdə. Ölkə ərazisində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi sərtləşdirilib. BakuCity.az xəbər verir ki, karantin rejimində kimsəsizliyə məhkum olan məkanlardan biri də çimərliklərdir. "Oxu.Az"ın fotoqrafı Bakıda yerləşən bir neçə çimərlikd...
Cəmiyyət
İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib. BakuCity.az xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib. İ. Ağayev deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işlə...