Bakıdan Rusiya sərhədinədək yeni yolun istifadəyə verilmə vaxtı bilindi

Bakıdan Rusiya sərhədinədək yeni yolun istifadəyə verilmə vaxtı bilindi

Yeni körpü turizmin inkişafına təkan verəcək

Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək.

BakuCity.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayı üzərində körpünün açılışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni yol Şimal-Cənub yükdaşımalarının vaxtını iki dəfəyədək azaldacaq:

“Analoji avtomagistral artıq istifadəyə verilib və tezliklə yeni magistral da işə salınacaq. Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir”.

Ş.Mustafayev əlavə edib ki, yeni körpü Azərbaycanda turizmin inkişafına da təkan verəcək:

“Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 900 mindən çox turist səfər edib. Onların 70%-i yerüstü nəqliyyatdan istifadə edib”.

BakuCity.az

Bakı yol Rusiya sərhədi Şahin Mustafayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər