Bakıda gənc əmisi oğlunu küçədə bıçaqlayıb qaçdı - Qətl anının VİDEOSU

Bakıda gənc əmisi oğlunu küçədə bıçaqlayıb qaçdı - Qətl anının VİDEOSU

Zərərçəkmiş xəstəxanada keçinib

Bakıda gənc oğlanın əmisi oğlunu küçədə bıçaqlaması kameraya düşüb. 

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisənin görüntüsü ARB TV-də yayımlanan "Kriminal" verilişində təqdim olunacaq.

Anons videosunda hadisənin necə baş verdiyi görünür.  

Qeyd edək ki, bu il martın 1-də Yeni Yasamal-1, Xiyabani küçəsi, 33-də yerləşən gözəllik salonunun qarşısında Kamil Səttarlı qisas məqsədilə əmisi oğlu Emin Babaverdiyevə (1993-cü il təvəllüd) arxadan hücum edərək, qəflətən bədənin müxtəlif nahiyələrinə 3 zərbə endirib və hadisə yerindən qaçıb.

Özəl tibbi klinikalarından birinə çatdırılan zərərçəkmiş orada keçinib.

Şübhəli şəxs Yasamal RPİ 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BakuCity.az

Bakı qətl bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər