Rus teatr və kino ulduzları Bakıda çıxış edəcəklər

Rus teatr və kino ulduzları Bakıda çıxış edəcəklər

Bakıda ilk dəfə triller elementləri olan mistik komediya nümayiş olunacaq

"Cənnətə necə düşmək olar?" (Как попасть в рай?) adlı tamaşa 2020-ci il mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sergey Astaxovun rejissorluğu ilə təqdim ediləcək.

Bu barədə BakuCity.az-a tədbirin təşkilatçısı “33 EVENT baku” şirkəti məlumat verib.

Triller və mistifikasiya elementləri olan bu komediya bir-birini tanımayan üç insanın öz işlərinin arxasınca getdikləri zaman yollarının bir nöqtədə necə kəsişməsindən bəhs edir.

Onları orada heç kim gözləmir, amma oradan qaçmaq da mümkün deyil.

Bir-birindən tamamilə fərqli üç şəxs, həyatın çətin sınağı ilə eyni şərtlər altında qarşılaşır. Nə edəcəklər, münasibətləri necə inkişaf edəcək?

Tamaşa sizi həm güldürəcək, həm də düşünməyə vadar edəcək.

Rollarda Sergey Astaxov, Alexandr Qorşkov, Yaroslav Boyko, Andrey Kaykov iştirak edir.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall, Park Bulvar, Metro Park, ASAN xidmət mərkəzlərində və Iticket.az saytından əldə edə bilərsiniz.

Tədbirin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

BakuCity.az

Bakı tamaşa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər