Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO

Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO

Lifli bitkilərdən zənbillər, şlyapalar, çantalar və s. də toxunur

Azərbaycan Milli Xalça Muzeyində “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərsləri keçirilib.

BakuCity.az xəbər verir ki, ustad dərsləri ictimaiyyətin diqqətini həsirçiliyin qorunmasına, təbliğinə, dekorativ-tətbiqi sənət nümunəsi kimi əhəmiyyətinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinə yönəltmək məqsədilə təşkil olunub.

Kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçilən dərslərə iştirakçılar böyük maraq göstərib.

F.Həşimova bidirib ki, babalarımız, nənələrimiz bu sənəti yaşatdığı kimi, bizim də borcumuz onu nəsildən-nəslə ötürərməkdir:

“Həsir hazırlamaq üçün yaz-yay aylarında insanlar qamışlıqlardan “pizə” adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş “pizə” çubuğundan şaquli və ya üfüqi dəzgahda toxuyurlar. Qamışdan və digər lifli bitkilərdən zənbillər, şlyapalar, çantalar və s. də toxunur”.

Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə həsirçiliyin Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən olduğunu, onun eneolit dövründən başlayaraq təşəkkül tapdığını deyib:

“Həsir əsasən ölkəmizin cənub bölgəsində minilliklərdir əvəzsiz məişət əşyası kimi işlədilib. Bu isə həmin zonanın subtropik iqlimi ilə əlaqədardır. Belə ki, həsir rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Döşəməyə həsir sərilən evdə rütubət olmur. Hazırda unudulmaqda olan həsirçilik sənətinin əsasən cənub bölgəsində yaşadılması da məhz buranın iqlimi ilə bağlıdır. Onu da qeyd edim ki, mütəxəssislərin qənaətinə görə, evdə həsirdən istifadə olunması revmatizm xəstəliyinin qarşısını alır”.

Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-1 Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-2 Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-3 Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-4 Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-5 Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-6 Bakıda həsirçilik sənəti üzrə ustad dərsləri keçirilib - FOTO, fotoşəkil-7

BakuCity.az

Bakı həsir Xalça Muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər