Bakıda bayram yarmarkalarında QİYMƏTLƏR - VİDEO

Bakıda bayram yarmarkalarında QİYMƏTLƏR - VİDEO

Münasib qiymətə ət də var

Yeni il bayramı ərəfəsində Bakının müxtəlif ərazilərində bayram yarmarkaları qurulub, məhsullar satışa çıxarılıb.

Söhbət "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin Bakı və Abşeron rayonunun 5 nöqtəsində təşkil etdiyi yarmarkalardan gedir.

Yarmarkalarda alıcılara müxtəlif növ kənd təsərrüfarı malları, o cümlədən alma, naringi, portağal, nar, şabalıd, qoz fındıq və digər meyvələr, həmçinin quru meyvələr təqdim olunur.

Burada münasib qiymətə ət tapmaq da mümkündür.

Satıcılardan biri deyir ki, turşular onun ailə biznesidir. Yazda öz bağında yetişən məhsulları turşuya qoyur, qışda isə satışa çıxarır.

Alıcılar isə belə yarmarkaların daimi olmasını istəyirlər.

Dekabrın 21-dən başlayan bayram yarmarkaları ayın sonunadək davam edəcək.

BakuCity.az Xəzər TV-nin yarmarkalardan hazırladığı reportajı təqdim edir:

BakuCity.az

Bakı bayram yarmarkalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər