Sabah ilin son Günəş tutulması Bakıda da görünəcək

Sabah ilin son Günəş tutulması Bakıda da görünəcək

Gözünüz üfüqdə olsun

2019-cu ilin son Günəş tutulması dekabrın 26-da qeydə alınacaq.

BakuCity.az-ın məlumatına görə, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Tam tutulma saat 07:37-də olacaq, saat 09:34-də isə maksimuma çatacaq. Saat 10:58-də tam tutulma bitəcək. Ümumilikdə proses saat 12:06-da yekunlaşacaq.

Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olacaq.

Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-yə qədər - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq.

BakuCity.az

Bakı Günəş tutulması
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər