Bakıda sərnişinlə dolu avtobus yanıb - FOTO + VİDEO

Bakıda sərnişinlə dolu avtobus yanıb - FOTO + VİDEO

Yanğın mühərrik bölməsində baş verib

Bakıda sərnişin avtobusu yanıb.

BakuCity.az xəbər verir ki, hadisə bu gün saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) qeydə alınıb.

"Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

Həmçinin oxu: Bayram günlərində bu avtobuslar səhərə qədər işləyəcək

Sürücü Məmmədov Elçin yanğına müdaxilə edərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib.

Sərnişinlər dərhal təxliyə olunub, xəsarət alan yoxdur.

Bakıda sərnişinlə dolu avtobus yanıb - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda sərnişinlə dolu avtobus yanıb - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda sərnişinlə dolu avtobus yanıb - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda sərnişinlə dolu avtobus yanıb - FOTO + VİDEO, fotoşəkil-4

BakuCity.az

Bakı avtobus yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər