Bakıdan hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq

Bakıdan hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq

Yanvarın 1-də qatar 10-15 vaqonla yola düşəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2020-ci təqvim ili ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-dən BakuCity.az-a verilən məlumata görə, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 1, 2, 3 və 4-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31-i dekabr və 1, 2, 3, 4, 5 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.

Qeyd edək ki, dekabrın 27, 28, 29-u və yanvarın 1-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək. Geriyə Tbilisidən sərnişin axını, əsasən, 2, 3, 4 və 5 yanvar 2020-ci il tarixlərində gözlənilir.

Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 4 yanvar tarixi daxil olmaqla, Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 08:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat 16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.

Yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir. 

BakuCity.az

Bakı Tbilisi Gəncə əlavə vaqonlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər