Bayram şənliklərini yuxarı mərtəbələrdə keçirməyin
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
BakuCity.az-ın məlumatına görə, müraciətdə Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı bildirilir.
Qeyd olunur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
•evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
•işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
•ağac tezalışan oyuncaqla bəzədilməməli;
•qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
•şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
•şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
•pəncərədə dəmir barmaqlıq olmamalı;
•məkanın iki çıxışı olmalı;
•ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
•otağın qapıları mütləq bayıra açılmalı;
•məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
•şənlikdə işıq tam söndürülməməli;
•şənliyə tezalışan materialdan paltar geyinilməməli;
•məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!