Uşaq ikən anasını itirib
Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş leytenantı Rəvan Nəsibov kirayə yaşadığı mənzildə damarlarını kəsərək intihar edib.
BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumla bağlı bir sıra təfərrüat ortaya çıxıb.
Məlum olub ki, R.Nəsibov yeni ailə həyatı qurubmuş. O, ötən ayın 30-da özünə Bakıdakı “Təbrik” restoranında toy edib. Anasını uşaq ikən itirən R.Nəsibovun atası da keçmiş hərbçidir. Mərhumun qardaşı hazırda hərbi xidmətdədir.
Həmçinin oxu: Bakıda özünü asan yüksək vəzifəli məmurla bağlı YENİ FAKTLAR
Yaxınlarının verdiyi məlumata görə, R.Nəsibov hamı ilə mehriban ünsiyyətdə olub. Buna görə də 25 gün öncə özünə toy edən 31 yaşlı zabitin hansı səbəbdən intihar etdiyi təəccüblə qarşılanıb.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi R.Nəsibovun ilk iş yeri olub. O, bu qurumda 2 il öncə işə başlamışdı.
BakuCity.az